İKT.lent.az-ın “Financial Times” nəşrinə istinadən xəbərinə görə, “Vertu”nun məlumatında deyilir ki, şirkəti “Godin Holdings” Honkonq Fondu əldə edib.
Bununla yanaşı, şirkətin baş icraçı direktoru postunu Massimilyano Paqliani tərk edib. "Artıq estafeti yeni komandaya təhvuil vermək üçün vaxt çatıb", deyə M. Poqliani bildirib.
Nə “Vertu”, nə də EQT sazişin şərtlərini açıqlamır. “Vertu” öz biznesini İngiltərənin Hempşir şəhərindəki mənzil-qərargahında biznesini davam etdirəcək. Bu qərargahda 450 nəfərə yaxın əməkdaş çalışır.
Qeyd edək ki, EQT “Vertu”nu 2012-ci ildə 200 milyon avroya “Nokia” şirkətindən satın alıb. Məhz 1998-ci ildə “Nokia” şirkəti bu adla premium telefonlar brendi yaradıb. Ancaq bununla belə, Finlandiya şirkəti hələ də “Vertu”nun səhmlərinin müəyyən hissəsinə sahibdir.
Xatırladıq ki, bir il öncə “Vertu” və “Bentley” şirkətləri qiyməti 637 min dollar dolan smartfon istehsal ediblər.