Türkiyənin yeni nazirləri kimlər olacaq? - Siyahı
Tarix: 3-11-2015, 12:36 | Çap et
Türkiyənin yeni nazirləri kimlər olacaq? - Siyahı
Türkiyədə noyabrın 1-də baş tutan parlament seçkisində AKP-nin qalib gəlməsindən sonra qurulacaq yeni hökumətdə kimlərin təmsil olunacağı maraqla gözlənilir.

Axar.az “Habertürk”ə istinadən xəbər verir ki, yeni kabinetdə daha öncədən nazir olmuş şəxslərin təmsil olunacağı iddia edilir.

Əli Babacan, Binəli Yıldırım, Rəcəb Ağdağ, Cəmil Çiçək, Bəşir Atalay, Taner Yıldız, Faruk Çəlik, Cövdət Yılmaz, Lütfi Əlvan, Məhmət Şimşək, Nabi Avcı və Əfqan Ala kimi təcrübəli şəxslərin kabinetə girməsi gözlənilir.

MHP-dən AKP-yə keçən və müvəqqəti hökumətdə baş nazir köməkçisi olan Toğrul Türkeşin vəzifəsini qoruyacağı bildirilir.

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr kimi ən real namizəd isə İsmət Yıldızdır.

Qeyd edək ki, parlament seçkisində AKP 49,48 faiz səslə qalib gəlib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net