AŞPA komitəsində Dağlıq Qarabağla bağlı hesabat müzakirə ediləcək
Tarix: 3-11-2015, 12:12 | Çap et
AŞPA komitəsində Dağlıq Qarabağla bağlı hesabat müzakirə ediləcək
Noyabrın 4-də AŞPA-nın Siyasi işlər komitəsinin Parisdə keçiriləcək iclasında qurumun Cənubi Qafqaz üzrə məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzəsinin ilkin variantı müzakirə ediləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşüblər.

Toplantıda Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net