Elektron hökumət portalına yeni eyniləşdirmə sistemi tətbiq edilib
Tarix: 3-11-2015, 12:03 | Çap et
Elektron hökumət portalına yeni eyniləşdirmə sistemi tətbiq edilib
"Elektron hökumət" (e-gov.az) portalına yeni eyniləşdirmə sistemi inteqrasiya edilib. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Mərkəzdən bildiriblər ki, yeni sistem vətəndaşlara stasionar rabitə xidmətlərinin (səs, internet, fiksasiaya edilmiş və s. xidmətlər) ödənişi üzrə arayış almağa imkan verəcək.

Gələcəkdə ünvanlı sosial yardıma ehtiyacı olanların kriteriyalarından biri onların mobil və stasionar xidmətlərə çəkdiyi xərclər olacaq.

MHM ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında yaradılacaq informasiya mübadiləsi quruma Sim-kart sahibinin cari və illik borcu barədə məlumat almağa, bu dövr ərzində onun sahib olduğu digər Sim-kartlar üzrə borc və xərclərini yoxlamağa imkan verəcək.

Bu prosesin avtomatlaşdırılması borcluların kredit qabiliyyətinin qiymətləndirilməsi baxımından banklara da maraqlı olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net