Neftin bahalaşacağı tarix açıqlandı
Tarix: 3-11-2015, 11:54 |
Çap et
Növbəti iki il ərzində neftin qiyməti 50 dollar olacaq.
Axar.az xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində Norveçin “Statoil” şirkətinin maliyyə direktoru Hans Yakob Xegge söyləyib. Onun sözlərinə görə, 2018-ci il neftin bahalaşmağa başladığı dövr olacaq:
“Şirkətimizin hazırda 40 proyekti var, lakin onların hər birinin reallaşdırılması dayandırılıb. Biz öz kapital investisiyamızı 18 milyarddan 17,5 milyard dollara endirmişik. Bu ilin dördüncü rübündə investisiyalarımızı daha 1 milyard azaltmağı planlaşdırırıq”.