Prokurorluq genişmiqyaslı əməliyyat başlatdı - Polis rəisləri həbs olundu
Tarix: 3-11-2015, 11:41 | Çap et
Prokurorluq genişmiqyaslı əməliyyat başlatdı - Polis rəisləri həbs olundu
Türkiyənin İzmir vilayəti başda olmaqla bir neçə vilayətdə “paralel dövlət” üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib..

Avropa.info xəbər verir ki, aralarında yüksək rütbəli polis rəisləri və bürokratlar olmaqla 30-dan çox adamın şübhəli şəxs qismində saxlanıldığı bildirilir.

Əməliyyata İzmir vilayəti prokurorunun müavini Okan Bato tərəfindən aparılan bir istintaq çərçivəsində bu gün səhər saatlarında start verilib. .

Əməliyyat çərçivəsində digər 18 vilayətdə də axtarış tədbirləri həyata keçirilib. İzmirin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları İzmirdə əvvəlcədən müəyyən olunan 25 ünvanda, digər rayonlarda isə 50 ünvanda axtarış aparıb.

Prokurorluqdan əldə olunan məlumatda əməliyyatın hələ də davam etdiyi bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net