Bakıda polis-qız cinayətkarı necə yaxaladı?
Tarix: 3-11-2015, 11:36 |
Çap et
Bakıda polis əməkdaşı olan qız cinayətkarı cinayət başında yaxalayıb.
Virtualaz.org-a bu barədə Nizami Rayon Polis İdarəsindən bildiriblər.
Hadisə dünən axşam saat 20.30 radələrində Qara Qarayev prospektindəki 86 saylı binanın qarşısında aş verib. Naməlum şəxs Bakı sakini, 1951-ci il təvəllüdül Elmira Həsənovanın içərisində 450 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsi olan çantasını əlindan alaraq qaçıb. Hadisənin şahidi olan gənc bir qız onun arxasınca qaçıb və tutaraq əl-qolunu bağladıqdan sonra rayon polisinin əməkdaşlarına təhvil verib. Soradan məlum olub ki, soyğunçunu cinayət başında yaxalayan Nizami Rayon Polis İdarəsi post-patrul xidmətinin kiçik serjantı, 1986-cı il təvəllüdülü Aygün Qurban qızı Səmədovadır.
Artıq onun tutduğu 1986-cı il təvəllüdlü Elçin Nadir oğlu Xudatovun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.