İradə İbrahimova qayınanasından danışdı: "Etdiklərinə görə..."
Tarix: 3-11-2015, 11:03 | Çap et
İradə İbrahimova qayınanasından danışdı: "Etdiklərinə görə..."
Türkiyədə yaşayan müğənni İradə İbrahimova qayınanasından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə qayınanasının fotosunu paylaşaraq bu sözləri yazıb: “Nənəmizin hazırkı vəziyyəti budur. Deyəsən, nənəmizi bir az qısqanırıq. Mənim fədakar, ürəyi gözəl, özündən başqa hər kəsi düşünən, heç bitməyən sevgisi ilə, qayğısıyla bizi qoruyan, buradakı əlim-qolum, yeri gələndə rəfiqəm, anam, başımı sinəsinə qoyub rahatlıqla ağlaya biləcəyim, sirr ortağım və nəhayət “qayınanalıq”dan başqa mənə hər şey edən, rahat şəkildə “Ana” dediyim Zəfər xanım! Allah səni başımızdan əskik etməsin, uzun ömür, can sağlığı versin! Sayəndə çox şey öyrəndim, canım anam. Evlilikdəki alicənablığımı, səbrimi və çox şeyi sənə borcluyam. Etdiklərinə görə nə qədər təşəkkürümü bildirsəm, azdır. Bunları yazmaq ürəyimdən gəldi. Böyüklərimizin qədrini bilək, hörmətini saxlayaq. Bütün analarımıza uzun ömür, can sağlığı diləyirəm. Dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, İ,İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailəlidir. Həmin evlilikdən bir qızı, bir oğlu var.

İradə İbrahimova qayınanasından danışdı: "Etdiklərinə görə..."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net