Suriya müxalifəti Ərdoğanı təbrik etdi
Tarix: 3-11-2015, 10:25 | Çap et
Suriya müxalifəti Ərdoğanı təbrik etdi
AKP-nin parlament seçklərində qələbəsi Suriya müxalifəti tərəfindən sevinclə qarşılanıb.

Axar.az xəbər verir ki, bu haqda Furkan Azəri ləqəbli jurnalist məqaləsində yazıb.

Onun yazdığına görə, Suriyada müxalif qüvvələr bu qələbəni qeyd ediblər. Meqafonla əhaliyə elan olunub ki, Əsəd rejiminə qarşı müqaviməti dəstəkləyən Ərdoğan və partiyası zəfər qazanıb: “Çox xoşbəxtik, Əsədin tərəfdarları məğlub oldu”.

Müəllifin sözlərinə görə, Əhrarur Şam, Feylakul Şam, Əcnaduş Şam, Ənsar Şəriə və İslam Ordusu adlı qruplaşmalar birgə bəyanatla çıxış ediblər. Silahlı müxalifət Ərdoğanı təbrik edib və Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net