Problemli kreditlərin həcmi artıb
Tarix: 3-11-2015, 10:02 |
Çap et
Sentyabrda Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artıb.
“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, sentyabrda vaxtı keçmiş kreditlərin həcmi 20.2 milyon manat artaraq 1 milyard 353.8 milyon manata çatıb.
Bu, ilin əvvəli ilə müqayisədə 322.9 milyon, ötən ilin müvafiq dövrünə görə isə, 389.6 milyon manat çoxdur. /azadliq.org/