Şeyx Nimrlə əlaqədar Səudiyyə konsulluğuna gedən jurnalist saxlanılıb
Tarix: 30-10-2015, 15:53 | Çap et
Şeyx Nimrlə əlaqədar Səudiyyə konsulluğuna gedən jurnalist saxlanılıb
FaktXəbər-in "İslamazeri"yə istinadən verdiyi məlumata görə, Türkiyənin tanınmış jurnalistlərindən olan Mustafa Seyfullah Kılıç Ayətullah Nimrin edam edilməsi xəbəri ilə əlaqədar Səudiyyə konsulluğuna gedib.

Konsulluq əməkdaşlarından Şeyx Nimrin edam edilib-edilmədiyini öyrənən jurnalist və onu müşayiət edən şəxslər binanı tərk edən kimi Türkiyə xüsusi xidmət orqanlarının qara maskalı əməkdaşları tərəfindən saxlanılıblar.

M.S.Kılıc və onu müşayət edən iki nəfərə bildirilib ki, onlar konsulun köməkçisini təhdit ediblər, buna görə də onların ifadələri alınıb və sonra sərbəst buraxılıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net