Ded Xasanın əsas adamı Moskvaya qayıdır
Tarix: 30-10-2015, 14:00 | Çap et
Ded Xasanın əsas adamı Moskvaya qayıdır
Rus mafiyasının əsas liderlərindən biri Laşa Rustavski (Laşa Şuşanaşvili – red.) Rusiyaya qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mənbə hazırda Rustavskinin Moskvada olduğunu bildirib. Yaxın günlərdə onun rus mafiyasının hazırkı lideri olan Zaxariya Kalaşovla (Şakro Molodoy) görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Laşa Rustavski Aslan Usoyanın (Ded Xasan) əsas adamlarından biri olub. O, rus mafiyasının Gürcüstan, İspaniya, İsveçrə, Fransa, Yunanıstan və Ermənistandakı işlərinin idarəsini həyata keçirib. 2008-ci ildə Şakro Molodoyun həbsindən sonra Ded Xasan onun əmlakının müvəqqəti idarə olunmasını Laşa Rustavskiyə tapşırıb. Lakin bu, digər qanuni oğru Tariyel Onianinin etirazına səbəb olub. Nəticədə qanuni oğrular arasında böyük savaşa başlayıb. Aparılan savaş da rus mafiyasının “atası” hesab edilən Vyaçeslav İvankov (Yaponçik) Ded Xasanın dəstəsini müdafiə edir. 2009-cu ildə “Yaponçik” bu müharibənin qurbanı olub. Daha sonra isə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Tariyel Oniani həbs edilib.

Ded Xasanın ölümündən sonra Laşa Rustavskinin mafiya daxilində təsiri güclənib. “Yaponçik” və Ded Xasanın qisasının alınması da məhz ona tapşırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net