MDB ölkələri hərbi sahədə birləşdi
Tarix: 30-10-2015, 13:36 | Çap et
MDB ölkələri hərbi sahədə birləşdi
Müstəqil Dövlətlər Birliyinin (MDB)Tacikistanın paytaxtı Düşənbədə hökümət rəhbərlərinin görüşü keçirilir.

ANS PRESS-in məlumatına görə, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. MDB dövlətlərinin hökumət başçıları 40 sənəd imzalayıblar.

Sənədlər maliyyə, ictimai-iqtisadi və hüquq-mühafizə sferalarında əməkdaşlığı özündə əks etdirir.

Hökumət başçıları 2011 - 2020-ci illər arasında iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsi ilə bağlı və hava hücumundan müdafiə sahəsində də sənədlər imzalanıb.

Müqavilə çərçivəsində azad ticarət zonasının reallaşdırılması ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, hökumət başçıları bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, gənclər siyasəti sahəsində əməkdaşlıq, veteranlara tibbi-sosial yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, belə halların aradan qaldırılması və digər məsələlər diqqət mərkəzində olub.

Hökumət Başçıları Şurasının növbəti iclasının 2016-cı ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməsi qərara alınıb.

Bundan əvvəl oktyabr 16 –da Qazaxıstanda Müstəqil Dövlətlər Birliyinin ( MDB) Dövlət Başçıları Şurasının zirvə toplantısı keçirilib. İclasda təşkilata daxil olan dövlətlərin başçıları iştirak edib. Ümumilikdə isə iclasda 16 sənəd imzalanıb.

MDB-ə hal-hazırda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova , Tacikistan və Özbəkistan daxildirlər. Türkmənistan Birliyin əlaqəli üzvüdür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net