Yeni boz kardinal: Tiflisi Rusiyaya kim satır?
Tarix: 30-10-2015, 13:27 | Çap et
Yeni boz kardinal: Tiflisi Rusiyaya kim satır?
Rusiyadan enerji asılılığı Gürcüstan üçün çox təhlükəlidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında Gürcüstanın Yeni Sağçılar Partiyasının lideri Manana Naçkebiya söyləyib. Onun sözlərinə görə, Gürcüstan özünün heç bir strateji obyektini Rusiyaya satmamalıdır:

“Qazprom” rəhbəri Miller heç vaxt hansısa ölkənin baş nazir müavini ilə görüşmür. O, bütün məsələləri ölkənin birinci şəxsləri ilə həll edir. Rusiya üçün bu, siyasi yükdür. Moskva Gürcüstanda öz təsirini artırmağı və burada iqtisadi rıçaqlara yiyələnməyi arzulayır. Kaladzenin Millerlə danışıqlarından Baş nazir İrakli Qaribaşvilinin xəbəri olmayıb. Bu tapşırığı energetika nazirinə Bidzina İvanişvili verib. İstənilən şəxs “Qazprom” məsələsində iqtisadi faydadan daha çox ölkənin təhlükəsizliyi məsələsinə önəm verməlidir”.

Qeyd edək ki, Gürcüstan bir müddət öncə “Qazprom”la Rusiyadan qaz alışı barədə gizli danışıqlara başlayıb. Tərəflər arasında sonuncu görüş bu həftə Milanda keçirilib. Gürcüstan Rusiya ilə bərabər, həm də İrandan qaz almağı düşünür. Məhz buna görə Energetika naziri Kaxa Kaladze noyabrda İrana səfər edəcək.

Gürcüstan mətbuatı indiyə qədər bu hadisələrin arxasında milyarder Bidzina İvanişvilinin durduğunu iddia edir. Keçmiş baş nazir hakimiyyətdən getməyinə baxmayaraq, onun Gürcü Arzusu Partiyası hələ də iqtidardadır. İvanişvili həm də Rusiyaya yaxınlığı ilə seçilir. Milyarderin əsas gəlir obyektlərinin Rusiya ərazisində yerləşməsi onun Moskvadan daha çox asılı olduğunu deməyə əsas verir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net