Əməkdar artist Vəfa Zeynalova kameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən aktrisa geyim tərzindən danışıb:
“Hər zaman gənc qalmağımın heç bir sirri yoxdur. İnsan gərək daxilən təmiz olsun ki, zahirən də dəyişməsin. Zövqlü geyimə üstünlük verirəm. Mənim bir stilim, tərzim var: gözəl, zövqlü və mənə yaraşanı geyinmək. Müxtəlif rənglərə üstünlük verirəm. Klassik və idman libaslarını qarışdırıram. Mənim üçün libasın brend olması əsas deyil. Ən vacibi yaraşsın”.

