DİN qısqanclıq zəminində törədilən qətllə bağlı açıqlama yaydı
Tarix: 30-10-2015, 13:09 | Çap et
DİN qısqanclıq zəminində törədilən qətllə bağlı açıqlama yaydı
Bakıda cinayət hadisəsi törədən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospektində Bakı şəhər sakini İlahə Yusubovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi məlum olub. Qətli törədən paytaxt sakini Babək Əliyev könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırmalar aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net