ABŞ Əsədi hakimiyyətdə saxlamaq qərarı verib
Tarix: 30-10-2015, 12:18 |
Çap et
Barak Obama administrasiyası keçid hökuməti dövründə Bəşər Əsədin hakimiyyətdə qalmasına razılıq verib. Halbuki bundan əvvəl Ağ Ev Əsədin istefasında təkid edirdi.
Avropa.info xəbər verir ki, bu haqda “The Wall Street Journal” qəzeti Ağ Evdəki yüksək vəzifəli mənbələrinə istinadən yazır. Ağ Ev nümayəndəsi Mark Toner 20 oktyabrda Əsədin heç bir halda keçid hökumətin bir hissəsi ola bilməyəcəyini bəyan etsə də, hal-hazırda prezident administrasiyası öz fikrini dəyişib.
ABŞ məsələyə münasibətinə bu gün Suriya ilə bağlı Vyanada keçiriləcək danışıqlarda ifadə edəcək. Ağ Evə görə keçid bir neçə ay, bəlkə də daha uzun müddətə davam edə bilər. Əsədin gedişi isə daha sonraya saxlanılıb.