Qadınlar qəza zamanı niyə çox xəsarət alır?
Tarix: 30-10-2015, 11:38 |
Çap et
Müşahidələr nəticəsində məlum olub ki, avtomobildə passiv təhlükəsizlik sistemləri (kəmər, yastıq) olsa da, eyni xarakterli avtoqəzada qadınlar kişi sürücü ilə müqayisədə daha ciddi xəsarətlər alır.
Axar.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Feysbuk hesabında yazıb.
“Bunun çox sadə səbəbi var. Bütün avtomobil istehsalçıları avtomobilin təhlükəsizlik sistemlərini sınaqdan keçirərkən kişinin fiziki göstəricilərinə uyğun manikenlərdən istifadə edirlər. Yəni hər şey kişilər üçün hesablanıb”, - ekspert qeyd edib.