Rəşad Məciddən “Vaqif Bəhmənli olayı”na REAKSİYA: “...nankorlar, nadanlar meydan sulayır”
Tarix: 30-10-2015, 11:18 | Çap et
Rəşad Məciddən “Vaqif Bəhmənli olayı”na REAKSİYA: “...nankorlar, nadanlar meydan sulayır”
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid şair Vaqif Bəhmənli haqqında yazılanlara özünün şəxsi “feysbuk” səhifəsində münasibət bildirib. Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri olan Vaqif Quliyev (Bəhmənli) nazir Əbülfəs Qarayevə ithaf etdiyi şeirə görə töhmət alıb:

R.Məcid bununla bağlı bildirib:

“Bu şeir olayında bəzi ciddi, müdrik hesab elədiyim adamların da kütləyə qoşulub küyə getmələrinə təəccübləndim. Kütləvi psixoz zamanı şairi sözünə görə linç edənlərə qarşı kim durmalıdı?
Kim bu əlinə qılınc götürüb şairin qanına susayanlara dayan deməlidi?! Agıllı, təmkinli insanlar və ciddi media!
Əgər bunlar da axına qoşulub soyuqqanlı münasibət sərgiləyə bilmirlərsə bu cox acınacaqlıdı !
Şair taleyində rolu olan adama bu cür minnətdarlıq bildirib. Ola bilsin bir az indiki statusda bu yersiz çıxıb. Amma şair səmimi olub, vəfa, etibar, sədaqət və minnətdarlıq duyğusunu bu cür catdırmağı məqbul sayıb. Heyf kiŞ indi cəmiyyətimizdə - xüsusən saytlarda və sosial şəbəkələrdə çoxlu nankorlar, çörəyi dizinin üstündə olanlar, vəfasızlar, etibarsızlar və nadanlar meydan sulayır. Əksinə olan insanlar isə çox vaxt susurlar! Pis budu!”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net