Çeçenistan Prezidenti Ramzan Kadırov rəsmi İnstaqram səhifəsində baş rolda çəkildiyi filmin treylerini paylaşıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, “Başa düşməyən anlayacaq” döyüş filmindən olan video-çarxda Çeçenistan prezidentinin qayığa minərək böyük bir yol qət etməsi yer alıb.
Xatırladaq ki, bu ilin may ayında Kadırov məşhur Hollivud rejissorlarından birinin filmində çəkiləcəyi ilə bağlı açıqlama vermişdi.