Rozadan erotik klip, İzzət ehtiraslanıb (VİDEO)
Tarix: 29-10-2015, 17:35 | Çap et
Rozadan erotik klip, İzzət ehtiraslanıb (VİDEO)
Müğənni Roza Zərgərli ifa etdiyi “Qəmli nağıl” adlı bəstəyə çəkdirdiyi kliplə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən ifaçı bildirib ki, sözləri və musiqisi bəstəkar Zülfi Bədəlova, aranjemanı Elvin Musayeva məxsus olan mahnını özü ekranlaşdırıb: “Düşünürəm ki, gözəl klip alındı. Çəkilişlərdə yataq səhnələri də var. Ekran işinə baxanlar klip barədə müsbət rəy verdilər. Bir sözlə pisləyən olmadı. Bəziləri heç şərh vermədilər. Amma susmaq razılıq əlamətidir. Demək ki, onlar da bəyəniblər. Klipdə tərəf müqabilim “Best Model of the World”ün qalibi Rüstəm Cəbrayılov oldu. Gözəl bir səhnə yaratdığımıza inanıram. Yəni tamaşaçını həmin səhnələrlə inandıra bildik. Ekran işində açıq-saçıq görüntülər çox yer aldı. Növbəti kliplərimdə daha da açıq səhnələr olacaq”.

R.Zərgərli təəssüratlarını bitirdikdən sonra təklif edib ki, klipə yenidən baxılsın. Amma təqdimata qonaq kimi qatılan müğənni İzzət Bağırov həmkarının istəyinə qarşı çıxıb: “Düşünürəm ki, yenidən baxmasaq yaxşı olar. Çünki klipə baxdıqca ehtiras hissləri baş qaldıracaq. Ona görə də bir dəfə nümayiş olundusa, yetər. Yoxsa axırı pis olar. Ekran işini bəyəndim. Bundan gözəl ola bilməzdi”.

Tədbirin sonunda ifaçı sənət dostlarının əhatəsində tort kəsərək, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, tədbirdə müğənnilərdən Samira Allahverdi, Yaşar Yusub, Nicat Rəhimov, İbrahim Borçalı, aparıcılar Cavid Gül, Lalə Əlimuxtarova, vizajist Nigar İbrahimova və başqaları iştirak edirdi.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net