Din xadimləri dini ləkələyən qüvvələrə qarşı birgə mübarizə aparmalıdır
Tarix: 29-10-2015, 17:11 | Çap et
Din xadimləri dini ləkələyən qüvvələrə qarşı birgə mübarizə aparmalıdır
Bu gün Rusiyanın paytaxtı Moskvadakı “Prezident-hotel”də “Din və dünya” III Moskva beynəlxalq forumu keçirilib.

SalamNews-un verdiyi xəbərə görə, Azərbaycanı forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil edib.

Jurnalistlərə verdiyi müsahibədə QMİ sədri görüşün yekunu barədə məlumat verib: “Bu gün burada bütün təkallahlı dinlərin xadimləri toplaşıb. Dinimizdən asılı olmayaraq hamımızın ümumi cizgisi var - tək Allaha inam, öz dinini qorumağa can atma, dünyada həqiqəti müdafiə etmək. Bu gün biz böyük problemlərlə qarşılaşırıq, dinlər düzgün təbliğ olunmur. Xüsusən bu islama aiddir, hansından ki, tez-tez dini ləkələyən çirkin məqsədlərdən istifadə edirlər. İslamla əlaqələndirilən ədalətsiz fəaliyyətlər heç cür islama və ya Qurana aid deyil.

Bugünki forum bizim üçün çox vacibdir. Tərəfimizdən din, xarici dini xadimlərinin daxili işlərimizə qarışması, gənclərimizin ölkə xaricinə cəlb edilməsi, həqiqi dindən uzaqlaşma ilə əlaqədar qlobal problemlər müzakirə edilib. Bütün bu bəndlər hər kəs, xüsusən Azərbaycan xalqı və onun dini üçün son dərəcə təhlükəlidir. Biz din xadimləri birləşməli və buna qarşı mübarizə aparmalıyıq.

İnanıram ki, biz gələcəkdə daha çox oxşar forum və konfranslar keçirəcəyik. Bizim silahımız yoxdur. Silahımız sözdür. Bu sözlərlə gənclərimizin yalana uymamaları üçün onlara həqiqəti izah etməliyik. Biz gənclərin saxta birliklərin təsiri altına düşməmələri üçün onların dini həyatlarında mövcud boşluğu doldurmalıyıq”.

Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər barədə danışan şeyx-ül-islam qeyd edib ki, münasibətlər hər zaman yüksək səviyyədə olub: “Qafqaz müsəlmanları idarəsi hər zaman Rusiya pravoslav kilsəsi ilə isti dost münasibətlər saxlayıb və bu dostluq bu gün də davam edir. Hazırki səfər çərçivəsində patriarx Kirillə görüşəcəyəm, ümumi məsələləri, problemləri müzakirə edəcəyik, İnşallah hər hansı ümumi məxrəcə gələcəyik”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net