Rusiya Suriyada ilk diplomatik qələbəsini qazandı
Tarix: 29-10-2015, 16:27 | Çap et
Rusiya Suriyada ilk diplomatik qələbəsini qazandı
İranın Suriyanın gələcəyi ilə bağlı Vyana görüşünə dəvət edilməsi Rusiyanın “diplomatik cəbhə”də qazandığı ilk gerçək zəfərdir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzet Tehranın danışıqlarda iştirakının Suriya Prezidenti Bəşər Əsədin taleyinə təsir edəcəyini bildirib:

“Rusiya İranın danışıqlara qatılması üçün ABŞ və Səudiyyə Ərəbistanını razı sala bildi. ABŞ rəsmi Tehranı Vyanaya dəvət etməklə həm də İranın Suriya üzərindəki təsirini qəbul etmiş oldu”.

Qeyd edək ki, sabah Vyanada ABŞ və Rusiyanın lierliyində bir çox ölkə rəsmilərinin iştirakı ilə Suriya böhranı müzakirə olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net