Rusiyada azərbaycanlı mühaciri rüşvətə görə cərimələdilər
Tarix: 29-10-2015, 16:15 | Çap et
Rusiyada azərbaycanlı mühaciri rüşvətə görə cərimələdilər
Krasnoyarsk vilayətində Dudinski rayon məhkəməsi tərəfindən rüşvət verməkdə ittiham edilən Azərbaycan vətəndaşına hökm oxunub.

İnterfax-russia.ru xəbər verir ki, bu barədə Qərbi-Sibir nəqliyyat pokurorluğundan bildiriblər.

Azərbaycanlı vəzifəli şəxsə rüşvət verməyə cəhddə təqsirli bilinib.

Məhkəmə qərara alıb ki, Dudinkaya gələn (Rusiya ərazisinə reqlament girişi ilə) xarici vətəndaş Taymır xətti polis şöbəsinin əməkdaşları tərəfindən administrativ protokolun tərtib edilməsi üçün saxlanılıb.

“Rusiya Federasiyası sərhədlərindən çıxarılmasını istəməyən xarici vətəndaş polisə 200 dollar məbləğində rüşvət təklif edib, amma hüquq-mühafizə orqanı əməkdaşı onun cinayətkar davranışının qarşısını alıb”, - məlumatda deyilir.

Məhkəmə rüşvət verməyə cəhd edən şəxsi 383 min 39 rubl (605 dollar) məbləğində cərimə edib, 200 dollar qismində əşyayi dəlil dövlət hesabına müsadirə edilib.(oxu.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net