Adını Elçibəy qoydular, oğurluq etdi
Tarix: 29-10-2015, 12:39 | Çap et
Adını Elçibəy qoydular, oğurluq etdi
Tərtərdə mağazadan oğurluq edən iki nəfər saxlanılıb. APA TV-nin xəbərinə görə, hadisə Rayonun Ağkənd kəndində qeydə alınıb.

Kənd sakini Şahin Rəhimov mağazasından oğurluq olduğu barədə Tərtər rayon Polis Şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Goranboy rayonunun Xanqərvənd kənd sakini, hazırda Xırdalan şəhərində yaşayan, 21 yaşlı Göygözlü Elçibəy Zakir oğlu və onun xalası oğlu, Tərtər rayonunun Şəhriyar qəsəbəsində anadan olan, hazırda Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan Quluzadə Eşqin Əhliman oğlunu şübhəli şəxs qismində saxlayıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər adı çəkilən obyektə qanunsuz daxil olduqlarını və oradan 400 manat məbləğində pul və müxtəlif markalardan olan siqaretləri oğurladıqlarını etiraf ediblər.

Hər iki şəxs barəsində Tərtər rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net