ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı: Azərbaycanın çox yaxşı seçki təcrübəsi var
Tarix: 29-10-2015, 11:58 | Çap et
ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı: Azərbaycanın çox yaxşı seçki təcrübəsi var
“Bizim Azərbaycanda keçirdiyimiz “exit poll” təcrübəmizdən deyə bilərəm ki, Azərbaycanın çox yaxşı seçki təcrübəsi var”. Trend-in məlumatına görə, bunu Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirəcək ABŞ-ın “AJF&Associates İnc.” Təşkilatının Əməliyyatlar üzrə direktoru Co Anne Barnhart jurnalistlərə deyib.

C.A.Barnhart qeyd edib ki, Azərbaycanda insanların seçkilərdə səs verməsi üçün hər cür şərait yaradılır: “Bu mənim Azərbaycana ikinci gəlişimdir. Mən iki il bundan əvvəl prezident seçkiləri dövründə də Azərbaycanda olmuşam və biz burada çoxlu vaxt keçirmişik. Burada gördüklərimdən deyə bilərəm ki, Azərbaycanda insanlar seçkilərə böyük maraq göstərirlər. Onlar üçün seçkilərdə iştirak etmək və səs vermək üçün hər cür şərait yaradılır. Burada insanlara böyük diqqət göstərilir. Bir amerikalı kimi bunu görmək mənim üçün çox xoşdur. Çünki azad və açıq seçkilər demokratiyanın əsasını təşkil edir”.

C.A.Barnhart deyib ki, təmsil etdiyi təşkilatın 2013-cü il prezident seçkiləri zamanı keçirdiyi “exit poll”un nəticələri ilə Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr bir-biri ilə çox uyğunluq təşkil edib: “Hesab edirəm ki, Azərbaycanda seçkilər azad və müstəqil keçirilir. Azərbaycanın çox yaxşı seçki təcrübəsi var”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net