"Rejissorlar mənlə dost ola bilmir" - Aqil M. Quliyev
Tarix: 29-10-2015, 11:32 |
Çap et
Rejissor Aqil M.Quliyev “Hər axşam” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, o, film sahəsinin müasir vəziyyətindən danışıb:
“Yeni çəkilən filmlərin iki tərəfi var: mənfi və müsbət. Müsbət yönləri odur ki, indiki zəmanədə on il əvvəldəki kimi texniki imkanlar məhdud deyil. İstədiyini telefona çəkib, montaj edə bilərsən. Demokratik kapitalizm bazarıdır və burada uşaqlar yetişir. Kinostudiyada imkan yaradılıb ki, gənc mütəxəssislər özlərini sınasınlar. Gözəl işlər alındı. Mənfi cəhəti odur ki... Film kollektiv, mehribanlıq tələb edir. Amma bizdə çiyin-çiyinə işləmək hələ yoxdur. Nə çəksən də tamaşaçı bəyənmir. Bu bizim qanımızda var. İndiki kinematoqrafların çiyninə ağır yük düşür. Mən çox rejissorla dostam. Onlar mənlə dost ola bilmir".