Bakıda qadınların avtomobilinə qənim kəsilənlər tutuldu
Tarix: 29-10-2015, 11:19 |
Çap et
Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər tutulub.
Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də H.Məmmədov küçəsində yaşayan Vüqar İsmayılzadəyə məxsus «Subaru» markalı avtomobildən şüşəni sındırmaqla içərisində telefon ləvazimatları olan əl çantası oğurlamaqda şübhəli Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, onlar oktyabrın 14-də M.Sənani küçəsində Namiq Quliyevə məxsus «Mercedes», oktyabrın 20-də O.Əliyev küçəsində Əsli Ağağülovaya məxsus «Nissan», A.M.Cümə küçəsində Aysel Teymurovaya məxsus «Kia-Serato» və oktyabrın 27-də F.X.Xoyski küçəsində Kəmalə Abdurəhimova məxsus «Hyundai-Elantra» markalı avtomobillərdən pul, mobil telefon, sənədlər və digər əşyalar oğurlayıblar.
Araşdırmalar davam etdirilir.