Rusiyanın Ermənistandakı bazasının hərbçisi Şirark məhkəməsində mühakimə ediləcək
Tarix: 29-10-2015, 11:13 |
Çap et
Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Şirak vilayətinin ümumi məhkəməsində mühakimə ediləcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu zərərçəkənlərin hüquqi nümayəndəsi Yerem Sarkisyan bildirib.
Məlumata görə, Valeri Permyakovun cinayət işi üzrə istintaq başa çatıb.
Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünün qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun hərbi-səyyar məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.
Bundan sonra Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsi ilə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilmişdi.