Ermənistana ən müasir aparatlar göndərildi
Tarix: 28-10-2015, 16:26 | Çap et
Ermənistana ən müasir aparatlar göndərildi
Rusiya özünün Ermənistandakı hərbi bazasına yeni Orlan-10 müasir pilotsuz kəşfiyyat aparatlarını göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Yeni aparatlar vasitəsilə uzaq və lokal obyektlərdə müşahidələr aparılacaq.

Qeyd edək ki, Orlan-10 kompleksləri 600 kilometr məsafədə və 5 kilometr hündürlükdə kəşfiyyat aparmaq qabiliyyətinə malikdir.

Bu vaxta qədər Ermənistandakı Rusiya bazasında “Qranat”, “Zastava” və “Leyer” pilotsuz aparatları olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net