Boşanan Lalə Məmmədova: "Övlad atanın varlığını hiss etməlidir"
Tarix: 28-10-2015, 15:57 |
Çap et
Əməkdar artist Lalə Məmmədova analıq hissindən söz açıb.
Gecce.az xəbər verir ki, müğənni övlad sahibi olandan sonra yaşadığı hissləri "10-dan sonra" verlişinə danışıb:
"Hansı sənətin sahibi olursa-olsun, dünyaya gəldiyi missiyanı dərk etməlidir. Qadın dərk edir ki, dünyaya nəsil artırmaq üçün gəlib. Mənim ilk övladım dünyaya gələndə, özümdən asılı olmayaraq gözlərimdən yaş gəldi. O zaman populyarlığım, sənətim bir kənarda qaldı. Mən başa düşdüm ki, dünyaya niyə gəlmişəm. İki qızım var. Onlardan sonra bildim ki, nəyə qadirəm. Qızlarımın arasında fərq var. Çünki ikinci qızım anadan olan ərəfələrdə həyatımda bəzi hadisələr baş verdi. Kiçik qızım böyük qızımı qısqanır. Bu da uşaqlıq hissidir. İkinci övladımdan sonra daha güclü olduğumu hiss edirəm. Çünki bilirdim ki, hər ikisinin ağırlığı artıq üzərimdədir. Ana atanı əvəz edə bilməz. Çünki atanın öz yeri var həyatda. Hətta valideyinlər ayrılsa belə, övlad atanın varlığını hiss etməlidir".
Qeyd edək ki, L.Məmmədova həyat yoldaşı İlhamla 2013-cü ildə ayrılıb. Onların Nərgiz və Çinarə adlı iki qızı var.