“Bu fərmanın avtomobil idxalçılarına aidiyyatı yoxdur” – Vahid Əhmədov
Tarix: 28-10-2015, 15:49 |
Çap et
Ölkə başçısı İlham Əliyevin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi” haqqında fərmanı avtomobillərə aid edilmədi. Qonşu ölkələrdən maşın gətirən vətəndaşlarımız 10 manata qədərki imtiyazlardan faydalana bilməyəcəklər.
Bəs orta sahibkarlıq subyekti hesab edilən avtomobil alverçilərinin bizneslərini inkişaf etdirmək üçün qanuna hansı düzəlişlər ediləcək? Bu fərman ancaq ərzaq və təlabat malları üçündürmü?
Məsələni Hafta.az – a şərh edən Milli Məclisin deputatı Vahid Əhmədov deyib ki, bu fərmanın konkret olaraq kimlərə şamil edilməsi və istisnalar həmin sənəddə öz əksini tapıb:
“Avtomobillər istisnadır və həmin fərmana görə 10 min manata qədər olan güzəştlər ölkəyə avtomobil idxal edənlərə aid edilmir. Bu fərman İrana, şimal zonasında yaşayan vətəndaşlarımızın Rusiyadan gətirdiyi mallara şamil edilir, yəni, avtomobillərə yox. Belə ki, əvvəllər 10 kiloqrama qədər malın keçirilməsinə icazə verilirdi. İndi bu məbləğ 10 min manata qədərdir. Bəziləri deyir ki, bunun kiçik və orta sahibkarlıq üçün dəxli yoxdur. İndi gələn on min manatlıq bu mal kiçik və orta sahibkarlıq üçün də istifadə ediləcək. Bu çox önəmli bir qərardır. Azərbaycanda həyat səviyyəsinin yaxşılaşması və xaricdən keyfiyyətli malların gətirilməsi baxımından qiymətlərə təsiri böyük olacaq”.