Rusiya Dövlət Duması Azərbaycana 7 müşahidəçi göndərir
Tarix: 28-10-2015, 15:47 |
Çap et
Noyabrın 1-də keçiriləcək parlament seçkilərini Rusiya Dövlət Dumasının üzvləri də müşahidə edəcək.
Trend Secki-2015.az saytına istinadən məlumat verir ki, nümayəndə heyətinə Liberal Demokrat Partiyasının təmsilçisi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski rəhbərlik edəcək.
7 nəfərdən ibarət nümayəndə heyətinin səfəri oktyabrın 30-dan noyabrın 2-dək davam edəcək.