Saakaşvili seçki saxtakarlığa qarşı odessalıları küçələrə çıxmağa çağırdı
Tarix: 28-10-2015, 15:08 |
Çap et
Odessa əyalətinin qubernatoru Mixail Saakaşvili Odessa sakinlərinə müraciət edərək onları küçələrə çıxmağa çağırıb.
Avropa.info xəbər verir ki, Saakaşviliyə görə tərəfdaşı Saşa Borovikin məğlub olduğu Odessa meri seçkilərində saxtakarlıq olub. Səslər düzgün sayılmayıb.
“Bu gün seçki saxtakarları “yaşıl adamlar”ın (Krıma girmiş rus əsgərləri) sürəti ilə Odessa meriyasını ələ keçirdilər. Mən saxtakarlığa biganə qalmayan bütün seçiciləri saat 18:00-da toplaşmağa, oğru və dələduzların şəhəri bundan sonra da soyamasına izn verməmək üçün komitə yaratmağa çağırıram” – Saakaşvili “Facebook” səhifəsində belə yazıb.
Qubernator oliqarx-klan mafiyasının hakimiyyətinə son qoymağı, Odessanı zir-zibildən, banditlərdən, büdcə oğrularından təmizlənmiş şəhərə çevirməyə çağırıb.
Xatırladaq ki, 27 oktyabrda keçirilən mer seçkilərində Gennadi Truxanov 52,9% səslə şəhər meri seçilib. Truxanov Yanukoviçin dövründə onun partiyasının üzvü olub, Ali Radada təmsil olunub.