Dəri alverçisi olan namizədin görüşündə - Fiasko
Tarix: 28-10-2015, 14:53 |
Çap et
Deputatlığa namizəd Akif Rəhimovun görüşlərində özü, yaxınları, dost-tanışları iştirak edirlər.
TİA.AZ-a bu barədə verilən məlumatda deyilir ki, A.Rəhimovun təşviqat tədbirlərində seçicilər iştirak etmirlər. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən millət vəkili olmağa iddialı namizədin seçki kampaniyası rüsvayçılıqla müşahidə olunur. Onun bu dairədən şanslarının az olduğunu deyən qaynağın sözlərinə görə, A.Rəhimov yaxın çevrəsində dəri alveri ilə məşğul olan biri kimi tanınır. Onun deputat seçiləcəyi isə üfüqdə belə görünmür. Seçicilər belə bir namizədi tanımırlar.
Odur ki, seçki kampaniyası iflasa uğrayan A.Rəhimov üzləşdiyi fiaskodan çıxmağın yolunu dost-tanışları görüşlərə toplamaqda görür. Hətta bu görüşlərdə müəyyən şirnikləndirici vədlər və pul paylamaq hesabına yaxın-uzaq qonşular iştirak edirlər. Dəri biznesi ilə məşğul olan A.Rəhimovun deputat seçilməsi isə qanunla qadağan olunur. Çünki millət vəkili namizəd ola bilməz. Mənbə TİA.AZ-a qeyd edir ki, A.Rəhimovun başı dəri alverinə qarışıb. Onun biznes fəaliyyəti özündə arxayınlıq yaradıb ki, deputat seçilə bilər. Amma seçki görüşləri boykot olunan namizəd komik vəziyyətə düşüb. Bu dairədən Zeynəb Xanlarovanın yenidən millət vəkili olacağı gözlənilir. Onun nüfuzu yüksəkdir və dəri alveri edən namizəd mandatsız qala bilər. Xatırladaq ki, A.Rəhimov Xırdalan –Xəz ATSC-nin Direktorlar Şurasının sədridir