Bulvar İdarəsi: it gəzdirənlər bizə problem yaradır
Tarix: 28-10-2015, 14:19 | Çap et
Bulvar İdarəsi: it gəzdirənlər bizə problem yaradır
"Dənizkənarı Milli Park ərazisində gəzməyə gələnlər arasında ən çox problem yaradanlar velosiped sürənlər və it gəzdirənlərdir".

Bu sözləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O bildirib ki, xüsusilə də itlərini burundaqsız (ağzı açıq) gəzdirənlər problem yaradır. Bundan başqa, itlər ifrazatı ilə bulvar ərazisini batırır ki, bu da narahatlıq doğurur. Rəis müavininin sözlərinə görə, bulvarda xüsusi ayrılan xətlərdə deyil, insanların gəzdiyi məkanlarda velsiped sürənlər də gəzintiyə çıxanlara mane olur: "Ağ şəhər, Yeni bulvar ərazilərində velosiped sürənlər üçün xətt ayrılıb. Köhnə bulvarda isə Nefçilər prospekti boyunca bir xətt ayrılıb. Bununla belə, bəzi insanlar bulvarın digər ərazilərində də velosiped sürürlər. Bu da problemlərə səbəb olur. Bulvarın mühafizə xidməti isə problemin qarşısını almağa çalışır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net