“Xalq arzusu” hərəkatı özünü reklam etdirməyi arzulamır
Tarix: 28-10-2015, 14:08 | Çap et
“Xalq arzusu” hərəkatı özünü reklam etdirməyi arzulamır
“Siyasi fəaliyyətimizin nəzərə çarpmasının ən başlıca səbəbi partiya və təşkilatlara hakimiyyətin basqılarının olmağıdır. Bu baxımdan düşünürəm ki, yalnız bizim təşkilatın deyil, digərlərinin də fəaliyyətində bu basqı hiss edilir”.

Bunu Modern.az saytına açıqlamasında “Xalq arzusu” hərəkatının sədri Asəf Quliyev deyib.
O bildirib ki, başqa partiya və təşkilatlar kimi fəaliyyətlərini işıqlandırıb reklam axtarmırlar: “Biz ondan imtina edirik, sadəcə öz işimizlə məşğuluq. Düşünürəm ki, bu seçkinin digərlərindən heç bir fərqi yoxdur. Bu baxımdan seçkilərdə iştirak etmirik və onun demokratik keçiriləcəyi də bizdə şübhə yaradır. Bu səbəblərdən siyasi fəaliyyətimizin mediada geniş əks olunmasını istəmirik”.

Asəf Quliyev 2013-cü il prezident seçkisi ərəfəsində Milli Şuradan və AXCP-dən istefa verdiyini bəyan edib. Bundan bir müddət sonra o, “Xalq arzusu” təşkilatını yaradıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net