ABŞ qoşunlarının Suriyaya girəcəyi vaxt bilindi
Tarix: 28-10-2015, 13:58 |
Çap et
ABŞ Prezidenti Barak Obama gələn həftə Suriyada İŞİD-ə qarşı quru əməliyyatlar keçirmək üçün hərbi planı imzalayacaq. ABŞ xüsusi təyinatlıları PKK-nın Suriya qanadı YPG ilə birgə mübarizə aparacaq.
Axar.az xəbər verir ki, bu arədə nüfuzlu “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Dərginin əldə etdiyi səhih məlumatlara görə, artıq prezidentin təhlükəsizlik məsləhətçiləri hərbi planı hazırlayıb. Dövlət katibi Con Kerri və digər yüksək çinli məmurlar plan üzərində çalışıb və sənəd ötən həftə Obamaya təqdim olunub.
Plan təsdiq olunarsa, ABŞ ilk dəfə Suriya torpaqlarında əməliyyatlara başlayacaq.
Yeni plana görə, Suriyadakı xüsusi birliklər İŞİD-ə qarşı bəzi bölgələrdə üstünlük qazanan YPG qüvvələri və Suriya müxalifəti ilə koordinasiyalı şəkildə çalışacaq.
Suriyaya göndəriləcək hərbçi sayı isə gizli saxlanılır. Lakin qəzetə danışan qaynaqlar ilkin mərhələdə canlı qüvvə sayının nisbətən az olacağını deyiblər.
Obamaya təqdim edilən planda etibarlı bölgə təklifi yer almayıb.