Rus ekspert: Ermənistanın razılığı olmadan Azərbaycan “Putin İttifaqı"na qoşula bilməz
Tarix: 28-10-2015, 13:34 |
Çap et
Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılovun fikrincə, Azərbaycanın "Putin İttifaqı"na tərəf real dönüşündən danışmaq hələ tezdir: “Daxil olmaq barədə bəyanat deklarativ xarakter daşıyır”.
Virtualaz.org-un EADaily-yə istinadən məlumatına görə, ekspert hesab edir ki, bu cür bəyanatların məqsədi bu və ya digər dövlətlərin qarşıdan gələn seçkilərə maksimal dərəcədə yaxşı münasibətini təmin etməkdir. Bakının Aİİ-yə tərəf real dönüşündən isə danışmaq hələ tezdir.
A.Krılovun fikrincə, Azərbaycan Aİİ-nin əksər üzvləri ilə sıx iqtisadi əlaqələri olan dövlətdir. Amma Aİİ-də bütün qərarlar konsensus yolu ilə həll edilir.
“Daxil olmaq prosedurunun başlanması üçün Aİİ-nin bütün üzv dövlətlərinin razılığı alınmalıdır. Azərbaycan ilə münasibətləri düzəlməyənə qədər Ermənistandan belə bir razılığın alınmasına ümid etmək real deyil. Ona görə də yaxın perspektivdə Azərbaycanın Aİİ-yə daxil olmasına dair bütün bəyanatlar, həyata keçirilmə şansı olmadan deklarativ xarakter daşıyacaq”, - ekspert deyib.
A.Krılov həmçinin bəyan edib ki, Azərbaycanın Aİİ-yə daxil olması yalnız iki - Ermənistanın Azərbaycanın Aİİ-yə daxil olmasına razılıq verəcəyi və ya Ermənistanın hər hansı bir səbəb ilə bu inteqrasiya birliyinin tərkibindən çıxacağı halda mümkündür: “Aydındır ki, hər iki hal nəzəri olaraq mümkündür, ən azından yaxın tarixi gələcəkdə”.