Vidadi Zeynalovdan xəbər var – “MTN işi”ndə ciddi yoxlama
Tarix: 28-10-2015, 13:04 |
Çap et
Mətbuatda “MTN işi”ndə əlaqəli olduğu iddia edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun işdən çıxarılması və onun həbs olunması ilə bağlı xəbərlər yayılıb.
V.Zeynalovun həbsinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli olduğu iddia edilir.
AzVision.az-ın əldə etdiyi məlumata görə, Vidadi Zeynalov işdən çıxarılmayıb və o, hələ də nazirlik əməkdaşı olaraq fəaliyyətini davam etdirir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, hazırda qurumda ciddi yoxlamalar aparılır.
Bildirilib ki, yoxlamalar Beytulla Hüseynov və onun fəaliyyəti ilə bağlıdır.
Qeyd edək ki, Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur. O rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb.
B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.