Müşərrəfdən şok etiraf: “Talibanı yaradıb, Rusiyaya göndərdik”
Tarix: 28-10-2015, 13:01 |
Çap et
Pakistan Hindistana qarşı fəaliyyət göstərən 13 terror təşkilatını dəstəkləyib.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Pakistanın eks-prezidenti Pərviz Müşərrəf söyləyib. Onun sözlərinə görə, Pakistan Talibanı Rusiya ilə mübarizə üçün yaradıb:
“Biz Talibanı yaradıb, üzvlərini Rusiyaya göndərdik. Taliban, Həkkani, Üsamə bin Laden və Zəvahiri o zaman bizim qəhrəmanlarımız idilər. Onlar sonradan qəddar oldular. 1979-cu ildən sonra Pakistanda dini hərbi elementlər yarandı. 1990-cı illərdə isə Kəşmir uğrunda azadlıq mübarizəsi başladı. Həmin vədə “Ləşkəri Tayba” və daha 12 qruplaşma peyda oldu. Biz onları dəstəklədik və üzvlərini hazırladıq. İndi məhz həmin qruplaşmalar Pakistanda öz xalqına qarşı vuruşur”.
Qeyd edək ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.