Narkoman şagirdlər ifşa ediləcək - Nazirdən ciddi addım
Tarix: 28-10-2015, 12:10 | Çap et
Narkoman şagirdlər ifşa ediləcək - Nazirdən ciddi addım
Bir neçə gün öncə yuxarı sinif şagirdlərinin narkotestdən keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva açıqlamasında məktəblərin yuxarı siniflərində şagirdlər arasında narkotiklərin yüngül növündən istifadə edənlərin olduğunu bildirmişdi.

Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib. AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, narkoloji nəzarət sahəsində həyata keçirilən tədbirlər “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikanın Qanunu ilə tənzimlənir.

Xatırladaq k, Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək. Bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.

Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net