Bərdədə dünən "itkin düşən" uşaq öz həyətlərində tapıldı
Tarix: 28-10-2015, 12:01 | Çap et
Bərdədə dünən "itkin düşən" uşaq öz həyətlərində tapıldı
Bərdə rayonunda itkin düşdüyü ehtimal olunan uşaq tapılıb.

APA-nın xəbərinə görə, ötən gün məktəbdən çıxdıqdan sonra itkin düşdüyü ehtimal olunan Bərdə 3 saylı orta məktəbin I sinif şagirdi Xəlilov Elsevər Təbriz oğlunun öz həyətlərindəki yardımçı tikilidə olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, E. Xəlilov evə gəldikdən sonra həyətlərində olan yardımçı tiklidə oynadıqdan sonra orada da yatıb. Valideynləri isə onun itkin düşdüyünü güman ediblər.

Həkim müayinəsindən sonra E. Xəlilovun səhhətində heç bir problem olmadığı müəyyən olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net