Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ
Tarix: 28-10-2015, 11:39 | Çap et
Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ
20 il bundan əvvəlin məhz bu günü Bakı Metropolitenində “Ulduz “ və ” Nərimanov” stansiyaları arasında faciəvi qəza baş vermişdi.

Modern.az xatırladır ki, 1995-ci ilin 28 oktyabrında baş vermiş bu qəzada 300 isan həyatını itirmiş, 400 nəfər isə yaralanmışdı.

Hadisə baş verdikdən sonra aparılan araşdırmalar nəticəsində qəzaya səbəb kimi “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi.

Maşinist qatarı tuneldə saxlamış və təşviş içində olan insanlar vaqonlardan çixaraq tunel boyu qaçmağa başlamışdılar. Hava çəkmə sistemi yararsız olduğundan və insanlar bir-birilərinin ayaqları altında qaldıqlarından xeyli adam həlak olmuşdu.

Qeyd edək ki, bu faciəvi qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını dünyanın ən dəhşətli metro qəzaları siyahısına bir daha yeniləməyə məcbur etdi. Nəticədə o vaxt “birincilik” Azərbaycana ötürüldü.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net