Bakıda ilanla fala baxan ekstrasens tutuldu
Tarix: 28-10-2015, 11:21 |
Çap et
Bakıda özünü ekstrasens kimi təqdim edən şəxs saxlanılıb. Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Salamova "Lider"telekanalında yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.