“İran və Türkiyə “hə” desə, o dövlət qurulacaq”
Tarix: 28-10-2015, 11:11 | Çap et
“İran və Türkiyə “hə” desə, o dövlət qurulacaq”
Bu gün İraqda kürd dövlətinin qurulması çox realdır.

Axar.az xəbər verir ki, bu sözləri Antalyada iş adamlarının iclasında Türkiyənin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ deyib. O, Atatürkün də bu məsələ ilə bağlı 1920-ci illərin əvvəlində Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış etdiyini xatırladıb:

“Lozanna müqaviləsindən (1923-cü il) öncə Mosul məsələsi müzakirə edildiyi zaman Atatürk TBMM-də çıxışı zamanı İraqda kürd dövlətinin yaranma ehtimalı olduğunu deyir. Bəli, bu gün İraqda müstəqil kürd dövlətinin meydana gəlməsi çox realdır. Əgər İran və Türkiyə bu gün “hə” desə, sabah kürd dövlət qurulacaq. Hazırda bu dövlətin yaranmasının qarşısında yeganə əngəl İran və Türkiyədir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net