26 yaşlı qız əsəbləşdi və özünü bıçaqladı
Tarix: 28-10-2015, 10:31 |
Çap et
Şəmkir sakini 26 yaşlı qadın özünü bıçaqlayıb.
Şəmkir Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Rəqsanə Müsəddin qızı Nağıyeva şəxsi problemləri səbəbindən özü-özünü bıçaqlayıb. Onu dərhal Şəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Bədənində müxtəlif hissələrin kəsilmiş-deşilmiş yarası olan 26 yaşlı qadının üzərində cərrahiyə əməliyyatı aparılıb. Hazırda vəziyyəti orta ağırdır.
Xəstəxanadan isə bildirdilər ki, özünə xəsarət yetirən şəxs ruhi əsəb xəstəliyindən əziyyət çəkir və ehtimal edilir ki, o hadisəni törədən vaxt da əsəbi olub.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Sonuncu belə hadisə oktyabr ayının 5-də Göygöldə baş verib.1984-cü il təvəllüdlü Əbülfət Əbülfəz oğlu Məmmədov sol qol və kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Əbülfət Məmmədov ilkin izahatda bıçağın üzərinə yıxıldığını bildirsələr də onun özünü bıçaqladığı müəyyən edilmişdi.
Xəsarət alan şəxs xəstəxanaya gətirilən zaman həddən artıq sərxoş olub.