İŞİD döyüşçülərini Fransaya göndərdi
Tarix: 28-10-2015, 09:59 |
Çap et
İŞİD Fransada terror törətməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu haqda məlumat Fransanın kəşfiyyat xidmətlərinin hazırladığı hesabatda yer alıb.
Məlumata görə, İŞİD düşərgələrində hazırlanan terrorçular artıq Fransaya göndərilib.
Hesabatda hüquq mühafizə orqanlarının Fransadan İŞİD-ə qoşulan şəxsləri izlədiyi üçün terror aktını xarici döyüşçülərin gerçəkləşdirəcəyi qeyd olunub.
İraq və Suriyada döyüşən fransızların sayı 500, ölkə daxilindəki İŞİD tərəfdarları isə 1700 nəfərdir.