Pərviz Həşimlinin məhkəmədə iştirakına icazə verilmədi
Tarix: 27-10-2015, 17:35 |
Çap et
Ali Məhkəmə oktyabrın 27-də hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin kassasiya şikayətini təmin etməyib. Bu haqda modern.az saytına vəkil Elçin Sadıqov məlumat verib.
Xəbər verdiyimiz kimi Pərviz Həşimlinin məhkəmədə iştirakının təmin edilməsi üçün proses 1 gün müddətinə təxirə salınmışdı.
E.Sadıqov deyib ki, heç bir izah verilmədən Pərviz Həşimlinin məhkəmədə iştirakı təmin edilməyib. Onunla bağlı qərar qüvvədə saxlanılıb.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.