Əfqanıstanda zəlzələdə ölənlərin sayı 340-ı keçdi
Tarix: 27-10-2015, 17:19 | Çap et
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 340-ı keçdi
Dünən Əfqanıstanda baş verən zəlzələdən ölənlərin sayı 340 nəfəri keçib.

Avropa.info xəbər verir ki, ölənlərin çoxu Pakistanın Xeybər Pahtuntva əyalətində yaşayan insanlardır. Pakistan ərazisində ölənləri sayı 240 nəfərdən çoxdur.

Daha 1500 pakistanlı zəlzələ nəticəsində xəsarət alıblar. Hava şəraitinin uyğun olmaması xilasetmə əməliyyatlarına çətinlik yaradır. Əfqanıstanın özündə isə 93 nəfər ölüb. Hindistanda isə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4 nəfərdir.

Xatırladaq ki, dünən Əfqanıstanda 8,1 bal gücündə zəlzələ baş vermişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net